Türkiyə musiqi dünyasını şoka salan hadisə
Məşhur prodüsserə qarşı ittihamlar irəli sürüldü
29 Noyabr 2012 15:03 MədəniyyətTürkiyənin ən məşhur prodüserlərindən biri Doğan Karakaya həbs olunub. Bursa Polis İdarəsinin əməkdaşalrının kazinolarda işləyən çox sayda qadının şikayəti əsasında 43 obyekt sahibi həbs edilib. ANS PRESS-in HaberTürk saytına istinadən verdiyi məlumata görə, həbs olunanlar arasında Türkiyə musiqisinin tanınmış isimlərindən biri, məşhur prodüsser Doğan Karakaya da var.
Ötən həftə qadınların hüquqlarının pozulması, təcavüz və sui-istismarla bağlı şikayəti əsasında keçirdiyi əməliyyat zamanı tutulan Doğan Karakayanın 5 nəfərlə əlbir olduğu məlum olub.
Aparılan axtarış-əməliyyatları zamanı saxlanılan şəxslərin evlərində və mənzillərində 15 tapança, 167 patron, 10 qram narkotik maddə, 522 imzalı kontraktlar, 13 kassa, 13 noutbuk, 12 hard-disk, 5 fləş-disk, 310 DVD, 43 mobil telefon, 3 fotokamera müsadirə olunub.
Qeyd edək ki, Doğan Karakaya Türkiyənin tanınmış müğənniləri arasında yer alan Hadise, Petek Dinçöz, Alişan, Murat Dalkılıç, Tan, Zeynep Dizdar, Toprak və Tuğba Özerkinin prodüseridir.
Karakaya 20-dən çox qadına məcburi sənəd imzaladaraq, onları 20-yə yaxın kazinolarda işləməyə məcbur edib. Bundan başqa, borcunu qaytaran şəxslərin aralarında bağlanmış razılıq sənədlərini geri qaytarmayıb.