Bülənt Uğur TMB (Türk Müzik Birliği) kanalının başına gətirildi
29 Noyabr 2012 14:04 MədəniyyətTürkiyənin Azərbaycandakı səfirliyinin mətbuat üzrə keçmiş müşaviri Bülənt Uğur Türk dövlətlərinin ortaq səsi, eyni zamanda ilk və tək musiqi kanalı olan TMB kanalına İcraçı Direktor təyin edildi. 2005-2010-cu illər arasında Bakıdakı vəzifəsini icra edən Bülənt Uğur, 1996-2005-ci illər arasında isə Türkiyədə Mətbuat Yayım İnformasiya İdarəsinin İstanbul şöbəsinin müdiri olaraq çalışıb.
Kanalın daha çox tanıdılması istiqamətində aparılan yeni struktur islahatları çərçivəsində TMB kanalının başına gətirilən Bülənt Uğur, vəzifəsini kanalın mərkəzi olan İstanbulda icra edəcək.
Yeni yayım dönəmində kanalın daha çox tanıdılmasına üstünlük verən TMB kanalı fərqli programlarla bütün Türk dünyasına səslənəcək.
Bu baxımdan ilk olaraq TMB kanalında Azərbaycanın tanınmış sənətçisi Brilliant Dadaşova ilə 4 dekabr 2012-ci ildən etibarən "Brilliant ilə Pırlantalı Gecələr" adlı yeni bir veriliş ekranlara çıxacaq. Ən az bir sənətçi qonağın da dəvət ediləcəyi bu dinamik programda tamaşaçıya musiqili-əyləncəli dəqiqələr yaşadılacaq.