"Muhteşem yüzyıl"a gözlənilməz qadağa

Türkiyənin ən populyar serialı sayılan "Muhteşem yüzyıl"ın prodüseri Timur Savcı serialda çəkilən bütün aktyorlara baş nazir Rəcəb Tayyib Ərdoğanın sözləri ilə bağlı hər hansı açıqlama və ya şərh verməyi yasaqlayıb. milli.Az DHA-ya istinadən bildirir ki, "Türkiye Korunmaya Muhtaç Çocuklar Vakfı"nın İstanbuldakı "Trump Towers"də təşkil etdiyi "İstanbul Çocuk Tiyatrosu" bayramına serialın aktyorları da qatılıblar.

Aktrisa Nebahat Çehre baş nazir Rəcəb Tayyib Ərdoğanın "Muhteşem yüzyıl"la bağlı sərt tənqidlərinə belə cavab verib: "Ötən mövsümdə serialdan ayrıldım. Bu serial artıq üçüncü ilinə daxil oldu və milyonlarla insan tərəfindən sevilir, Türkiyəni dünyaya təbliğ edir. Baş nazirin sözlərinə sinirlənməmişəm. Məncə, onlar siyasi gündəmdə dəyişiklik istəyirlər. Sənətə isə məhdudiyyət qoyula bilməz. Belə şey olar?! Üstəlik, Sultan Süleyman Qanuninin serialda yanlış göstərildiyi, onun hərəmdə olmadığı deyilir. Nədir, sultan sutkanın 24 saatını at belində keçirib?!" Serialda Sultan Qanuni Süleyman rolunda oynayan aktyor Halit Ergenç və Mahidevran rolunda olan aktrisa Nur Fettahoğlu isə baş nazirin açıqlamalarını şərh etmək istəməyiblər. Onların dediklərinə görə, serialın prodüseri Timur Savcı bunu yasaqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31