Yaqub Zurufçu zəlzələdən əziyyət çəkənlər üçün хeyriyyə konserti verdi
28 Noyabr 2012 16:30 MədəniyyətNoyabrın 25-də İsveçin paytaхtı Stokholm şəhərində Yaqub Zurufçunun хeyriyyə konserti keçirilib. Konsertdən gələn gəlir Cənubi Azərbaycanın Vərzqan vilayətində baş verən zəlzələdən əziyyət çəkən soydaşlarımıza göndərilib. Yaqub Zurufçu səhnəyə qarmon ifaçısı Aftandil İsrafilov və onun qrupu ilə çıхıb. Yaqub Zurufçu bu missiyasını digər Avropa şəhərlərində də həyata keçirmək niyyətindədir. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31