“Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu”
Budapeştdə bu mövzuda beynəlxalq tədbir keçiriləcək
28 Noyabr 2012 16:19 MədəniyyətMilli Məclisin deputatı Musa Qasımlı "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" mövzusunda keçiriləcək VII Beynəlxalq konfransda iştirak etmək üçün noyabrın 28-də Budapeşt şəhərinə səfər edib. Bu barədə Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, konfrans Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunub. Millət vəkili tədbirdə müzakirəyə çıxarılan məsələlər barədə Azərbaycan tərəfinin mövqeyini bildirəcək.
Səfər dekabrın 1-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31