“Şöhrət sənəti öldürdü, cinayəti mən gördüm”
Əhməd Şəfəq: “Kitabları ehtiyac üçün yazmışam”
28 Noyabr 2012 16:17 MədəniyyətNoyabrın 28-də türkiyəli müğənni, yazar Əhməd Şəfəqin kitablarının təqdimat mərasimi keçirilib. Tədbirdə millət vəkilləri Tənzilə Rüstəmxanlı, Nizami Cəfərov, "OLAYLAR"ın rəhbəri Yunus Oğuz, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, AMİP-in keçmiş sədri Etibar Məmmədov və digər qonaqlar iştirak edib. Təqdimatı çoxlu sayda KİV nümayəndəsi işıqlandırıb. Tədbirdə Ə.Şəfəqin "Qan Məclisi-1915", "Qurd-2015", "Şöhrət sənəti öldürdü, cinayəti mən gördüm" və "Kürəsəl inkişafların fonunda Türkləşmək, İslamlaşmaq və Müasurləşmək" kitabları təqdim olunub. Tədbirdə çıxış edən Yunus Oğuz, Nizami Cəfərov, Tənzilə Rüstəmxanlı, Elçin Mirzəbəyli, Etibar Məmmədov Əhməd Şəfəqin təqdim olunan kitabları haqqında müsbət fikirlər səsləndiriblər. Sonda çıxış edən Əhməd Şəfəq onun kitabları haqqında deyilənlər üçün iştirakçılara təşəkkür edərək: "Burada mənim haqqımda deyilən sözlərdən nəticə çıxararaq yaradıcılıq fəaliyyətimi daha da genişləndirəcəyimi düşünürəm. Mən Türkiyədə heç vaxt kitab təqdimatı keçirməmişəm. Bu kitabları yazmamışdan qabaq müğənni kimi pərəstişkarlarımın bir hissəsini itirəcəyini bilirdim. Çünki, insanlar elə zənn edirlər ki, müğənni başqa işlə məşğul ola bilməz, sanki o, başqa planetdən gəlib. Mənim bu tip kitab yazmağıma səbəb dünyada türk millətləri haqqında formalaşmış mənfi fikirləri dəf etmək ehtiyacından yazmışam" deyib.
Qeyd edək ki, Əhməd Şəfəq Azərbaycan Dövlət Filarmoniyasında konsert verən ilk Anadolu türkü olub və Qarabağla bağlı mahnılarına görə Fəxri Fərmana layiq görülüb. Əhməd Şəfəq bir neçə ay bundan qabaq mətbuata açıqlamasında Qarabağ haqqında film çəkəcəyini də bildirmişdi. (OLAYLAR) İA