Azərbaycanlı müğənni hamını dəniz kənarında ölməyə dəvət edir.
Sevda Yəhyayevanın "Tut əlimdən bir yerdə ölək, hər şey buz kimi olacaq!" şousu
28 Noyabr 2012 15:13 MədəniyyətTibetin dini lideri Dalay Lamanın 21 dekabrla bağlı qorxulu proqnozlarından işbazlar kimi şou-biznes əhli də yararlanır. ANS PRESS-in məlumatına görə, müğənni Sevda Yəhyayeva yaranmış fürsəti əldən vermək istəməyib bu münasibətlə konsert verəcək. Təəccüblü də olsa, estradamızın gənc ulduzu hər kəsi onun konsertində ölməyə dəvət edir. Müğənni hamını Dənizkənarı Milli Parkda keçiriləcək "Tut əlimdən bir yerdə ölək, hər şey buz kimi olacaq!" adlı şousunda ölməyə çağırır.
Konsertin sonunda kosmik atəşfəşanlıq və hətta qəribə də olsa möhtəşəm şou effektlərlə planetlərin paradı nəzərdə tutulur. Layihənin rəhbəri Samirə Xasməmmədova, stilisti Anar Ağakişiyevdir.
Müğənni konsertlə bağlı açıqlamasında, "Yata-yata ölməkdənsə, dona-dona ölmək yaxşıdır" deməklə kifayətlənib.