Elza Seyidcahan xəbər aparıcısı oldu
Əməkdar artist efirdə ciddi görunüşü və sərt üz ifadəsiylə yadda qalıb
28 Noyabr 2012 14:18 MədəniyyətƏməkdar artist Elza Seyidcahandanın növbəti maraqlı addımı Şəki tamaşaçılarını təəccübləndirib. ANS PRESS-in məlumatına görə, Şəkinin Kanal S televiziyasının qonağı olan bəstəkar müğənni sözügedən kanalda yayımlanan axşam xəbərlərinin aparıcısı kimi efirə çıxıb.
Xəbərlərin aparıcısı Asif Bağırovla eyni studiyanı paylaşan müğənni növbəti dəfə gözlənilməz addımıyla maraq doğurub. "Xəbər" aparıcılarından geri qalmayan Elza Seyidcahan proqramda ciddi görunüşü və sərt üz ifadəsiylə yadda qalıb.
Regional televiziyada ilk dəfə bu növ yenilik edilib. Elza xəbərləri təqdim etməyin həyəcanlı və məsuliyyətli olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31