Röya Niderland krallığındadı VIDEO

Müğənnini "Avropa prodüseri" qarşılayıb

Bir müddət əvvəl Azərbaycanı tərk edəcəyini açıqlayan Röya artıq Niderland krallığındadır. ANS PRESS-in məlumatına görə, onu hava limanında "Avropa prodüseri" kimi tanıdığımız Sultan Mustafayev qarşılayıb. Müğənninin bu ölkəyə səfəri qastrol xarakteri daşıyır və həmişəlik deyil, düz bir ay Avropada qalacağı gözlənilir.

Deyilənlərə görə Röya Avropa turnesine çıxıb və bir ay ərzində avropanın bir neçə şəhərlərində həmvətənlərimiz qarşısında konsert proqramı ilə çıxış edəcək.

Müğənninin növbəti konserti 1 dekabrda Utrext şəhərinin mötəbər məkanlarından birində baş tutacaq. Solo konsert "Sultan Production" və "Ozan MVV Production"un təşkilatçılığı ilə reallaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31