Azərbaycanlı teleaparıcı müğənnini hönkürtü ilə ağlatdı - VİDEO - FOTO
Bu “Pərdə” Sizi çox gerçəklərdən xəbərdar edəcək...
28 Noyabr 2012 09:38 MədəniyyətMilli.Az xəbər verir ki, tamaşaçıların böyük maraqla Lider TV-nin efirində izlədikləri "Pərdə" maqazin proqramının noyabrın 28-i, saat 20:00-da nümayiş olunacaq buraxılışında yenə də çox fərqli mövzular çözüləcək.Qeyd edək ki, hər həftənin çərşənbə axşamı, saat 22:15-də efirə gedən verilişin vaxtı "Lift" realiti şousunun canlı efiri ilə əlaqədər iki həftəlik dəyişdirilib.Rejissoru Aynurə Tahirqizi, aparıcısı Zaur Nəbioğlu, reportyoru Aytac Bayramzadə olan verilişdə bunlardan xəbərdar olacaqsınız:Azərbaycanın xalq artisti Aygün Kazımova şokedici xəbərləri ilə tamaşaçılarından heç nəyi gizlətməyəcək. Divanın özəl açıqlamalarını "Pərdə"də eşitməyə hazır olun.Türkiyəli iş adamı Fatih Akbudakla xoşbəxt evlilik yaşayan müğənni Yeganənin 5 şokedici etirafını dinləmək istəyənlər, verilişi izləməyi ikinci plana keçirməyin. Yeganə onu qəzəbləndirən hansı söhbətləri dilə gətirib nələr haqqında danışacaq? Boşanmağın dadını bilən müğənni Zamiq Hüseynov da şəxsi həyatından bəzi faktları açıqlayıb, susmayacaq.Fəxri qonağımız olan türk kinosunun sultanı Türkan Şoray "Pərdə"yə çox maraqlı açıqlamalar etdi, mütləq baxın, diqqətnizə səbəb olacaq.
Hər dəfə maraqla izlənən "Tet-a-tet"də bu dəfə sənətkar taleyinə biganə qala bilməyəcəksiniz.Zaurla olduqca səmimi həmsöhbət olan Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Nazpəri Dostəliyeva gözyaşlarına hakim ola bilməyərək etiraflar edəcək."Mən aciz deyiləm, nə problemim olarsa, özüm çözməyi bacarıram", - deyən xanım Dostəliyeva Zaurun hansı sualının cavabında hönkürtü ilə ağladı?Çox səmimi söhbət və çox özəl açıqlamalar. "Pərdə"yə baxın ki, biz sizin üçün gizli olanı aşkar edək.
Verilişin informasiya dəstəyi Milli.Az-a məxsusdu