Xəyyam Nisanov həftə sonu keçiriləcək konserti haqqında danışdı
28 Noyabr 2012 03:19 MədəniyyətDekabrın 1-də Heydər Əliyev sarayında müğənni Xəyyam Nisanovun konserti olacaq. Milli.Az xəbər verir ki, son günlər mətbuatda konsertin iki gün davam edəcəyi barədə məlumatlar yayılmışdı. Müğənni ATV telekanalının efirində bildirib ki, konsertin ikinci günü olmayacaq.
"Bəli, biletlərin satışını nəzərə alaraq, konsertin gününü artırmaq niyyətində idik, lakin belə bir riskə getmədik. Düşünürəm ki, il ərzində eyni proqramla daha bir konsert keçirmək daha doğru olardı", - müğənni qeyd edib.
O, konsertə dəvətnamə verə bilmədiyinə görə, KİV nümayəndələrindən və həmkarlarında üzr istəyib.
"Ümid edirəm ki, konsertə bilet alan şəxslər yaradıcılıq hesabatımdan razı qalacaqlar. Mən bu layihəyə çoxdan hazırlaşıram. Öz tamaşaçımı çox sevirəm. İstərdim ki, hər şey yüksək səviyyədə olsun. Bu, mənim həyatımın xoşbəxt günüdür. Bu barədə düşündükcə gözlərim yaşarır", - o əlavə edib.