Niyam Salami Röyanın əvəzinə yeni duet ortağı tapdı

"Kanal S"-ə dəvət alan müğənni Niyam Salami yeni-yeni mahnılarla tamaşaçılarını sevindirib.
Bir-birindən maraqlı ifalar və səmimi etiraflar Niyam Salaminin fanat ordusunun ürəyindən olub.
"Kanal S"ə ikinci səfərindən də razı qalan qəlbəyaxın səsə malik müğənni gələcək
planlarından danışıb. Dostlarının adını çəkib, onlara həmişə sadiq və səmimi olduğunu bildirən Niyam Salami düşmənlərinin adını çəkməkdən imtina edib.
Məşhur bəstəkar Nailə Mirməmmədlinin "Ay ürək" mahnısının Röyanın ifa etdiyi hissəsi verilişin aparıcısı Samir Alməmmədov tərəfindən oxundu. Niyam Salami bunu özünəməxsus təbəssümlə qarşıladı və özünə yeni duet ortağı tapdığından sevindiyini bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31