Türk dünyasını "Brilliantla Pırlantalı Geceler" gözləyir VIDEO
Brilyant Dadaşova TMB kanalında aparıcılıq edəcək
27 Noyabr 2012 16:56 MədəniyyətAzərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Brilyant Dadaşova yenidən aparıcı kimi ekranlara qayıdır. ANS PRESS-in məlumatına görə, Türkiyənin TMB telekanalında "Brilliantla Pırlantalı Gecələr" adlı müəllif proqramı ilə pərəstişkarlarını sevindirməyə hazırlaşan Brilyant xanımın ilk efir günü 4 dekabrda olacaq.
Məlumat üçün bildirək ki, sənətkar 6 ilə yaxın "Space" telekanalının efirində "Gözəllik dünyanı xilas edəcək" layihəsinin ideya müəllifi və aparıcısı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31