Toni Brekstonun Bakı konsertinin videoanonsu yayıldı VIDEO
Konsertə biletlərin qiyməti yerindən asılı olaraq 40, 60, 100, 150, 350, 450 və 600 manat arasında dəyişir
27 Noyabr 2012 16:15 MədəniyyətDünya estradasının ulduzu, 6 "Qremmi" mükafatının sahibi Toni Brekstonun Bakı konsertinin rəsmi videoanonsu yayımlanıb. Konsert dekabrın 17-18-də Heydər Əliyev sarayında olacaq. Toni Brekstonun Bakıdaki ilk solo konsert proqramının biletləri artıq satışa çıxarılıb.
Biletlərin qiyməti yerindən asılı olaraq 40, 60, 100, 150, 350, 450 və 600 manat kateqoriyalarında müəyyən edilib.
Heydər Əliyev fondunun təşəbbüsü ilə keçirilən bu konsert fondun "Autizm sindromlu uşaqlara dəstək layihə"si çərçivəsində təşkil olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31