"Muhteşem yüzyıl"ın möhtəşəmlikləri: bunları bilirdinizmi? - ARAŞDIRMA - REYTİNQ
27 Noyabr 2012 16:13 Mədəniyyət"Muhteşem Yüzyıl" hazırda Türkiyənin ən çox baxılan və populyar seriallarından biridir. Serial sırf nümayişdən əldə edilən gəlirlərlə yanaşı, başqa sahələrdəki məbləğlər və göstəricilərlə də möhtəşəm uğurlara nail olub.
Milli.Az DHA-ya istinadən bildirir ki, 42 ölkəyə satılmış "Muhteşem yüzyıl"a indi 150 milyon insan axır.
Serialda sultan Süleyman Qanunini oynayan aktyor Halit Ergenç hər seriyaya görə 45 min lirə, Hürrəm Sultan rolunu oynayan Məryəm Üzerli isə 35 min lirə alır.
Parqalı İbrahim Paşa rolundakı Okan Yalabıkın seriyaya görə qonorarı 20 min lirədir.
Serialın hər seriyasının çəkilişində 300 nəfər iştirak edir.
Serial üçün 3,5 milyon lirə dəyərində çəkiliş pavilyonu inşa olunub. "Muhteşem yüzyıl"dakı seriyalardan birindəki Mohaç Meydan Müharibəsi səhnələrinin çəkilişinə isə 500 min dollar xərclənib.
Bu, türk serial tarixində ən bahalı səhnədir.
"Forbes" jurnalının hesablamalarına görə, "Ən çox gəlir əldə edən serial prodüserləri" reytinqində "Muhteşem yüzyıl"ın prodüseri Timur Savçı 3-cü yerdədir.
"Tim's Productions'"ın sahibi istehsal etdiyi "Muhteşem yüzyıl" serialı ilə mövsümdə 42 milyon dollar mənfəət və 4 milyon dollar xalis gəlir əldə edib.
Ümumiyyətlə isə Türkiyədə ən çox qazanan serial prodüserlərinin ilk beşliyi belədir:
1. Kerem Çatay - 75 milyon lirə
2. "D-Productions" - 50 milyon lirə
3. Timur Savcı - 42 milyon lirə
4. Raci Şaşmaz - 41 milyon lirə
5. Ali Gündoğdu - 40 milyon lirə
Seriallar türk aksessuar biznesinə də önəmli təsir edir.
Məsələn, Hürrəm Sultanın ziynət əşyalarının bənzərləri Türkiyədə və xaricdə sürətlə satılır.
"Muhteşem yüzyıl"da Hürrəm Sultanın barmağındakı zümrüd üzükdən artıq 2 milyon ədəd satılıb. Bu üzüyün əsli 80-90 lirəyə, saxtası isə 5 lirəyə satılır.
"Muhteşem yüzyıl" serialı sultan Süleyman Qanuni və Hürrəm Sultanla bağlı tarixi əsərlərin satışını da artırıb.
Hürrəm Sultandan bəhs edən "Moskof Cariye Hürrem" ilə sultan Süleyman Qanuninin qızı Mihrimah Sultanın həyatından danışılan "Cariyenin Kızı Mihrimah" romanları son vaxtlar Türkiyədə ən çox satılan romanlar arasındadır.
"Muhteşem yüzyıl" serialına Türkiyədən sonra ən çox baxılan ölkələr Azərbaycan və Rusiyadır.
Azərbaycanla Rusiyada hər iki qadından biri bu seriala tamaşa edir.