İkinci evliliyinə hazırlaşan azərbaycanlı müğənni toy tədarükü görür

Mart ayında şou-biznes sakinləri kimin toyunda oynamaq üçün yığışacaqlar?

Milli.Az-ın məlumatına görə, "ATV Maqazin" verilişinin araşdırması nəticəsində aşkar oldu ki, populyar estrada müğənnisi Vasif Məhərrəmli ikinci dəfə barmağına nişan üzüyü taxıb.
Bibisinin seçimi ilə Nüşabə adlı xanımla nişanlanan Vasif toyunu Məhərrəm ayı bitən kimi etməyəcək.
Müğənni bu məlumatın mediaya sızmasını maksimum əngəlləməyə çalışsa da, biz də bəzi gerçəkləri ortaya çıxarmağa müvəffəq olduq.
Onun yaxın ətrafından öyrənə bildik ki, bir qız atası olan Məhərrəmli həyatının xoş gününü mart ayında, təmtəraqdan uzaq şəkildə qeyd edəcək.
Ehtimallara görə, bu toyda da media mənsubları çəkiliş apara bilməyəcəklər. Çünki əvvəldə vurğuladığımız kimi, Vasif heç bir halda özəl həyatı ilə gündəmə gəlmək istəmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31