Şəki "Memarlıq qoruğu şəhəri" elan ediləcək
26 Noyabr 2012 17:36 Mədəniyyət2030-cu ilə kimi Azərbaycanın Şəki şəhərinin "Memarlıq qoruğu şəhəri" elan edilməsi nəzərdə tutulur. Bu barədə bazar ertəsi Trend-ə Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev bildirib.
Onun sözlərinə görə, hazırda Şəki şəhərində müxtəlif təmir-abadlıq işləri aparılır.
İmaməliyev deyib ki, bu yaxınlarda xarici turistlər üçün Şəki şəhərinin xəritəsi hazırlanıb. Xəritədə Şəkinin gəzməli-görməli yerlərinin koordinatları qeyd edilib. Bundan əlavə, Şəkinin tarixi abidələri ilə bağlı məlumatları özündə əks etdirən bukletlər də hazırlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31