Bakıda VI Beynəlxalq Mstislav Rastropoviç Festivalı keçiriləcək
26 Noyabr 2012 17:28 Mədəniyyət4 - 9 dekabr tarixlərində Bakıda Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyini, M.Rastropoviç Fondunun birgə təşkilatçılığı ilə VI Beynəlxalq Mstislav Rastropoviç Festivalı keçiriləcəkdir.
Festival çərçivəsində 8 - 9 dekabr tarixlərində Heydər Əliyev Sarayında dünyaca məşhur Maggio Musicale Fiorentino simfonik orkestri çıxış edəcək. Tanınmış drijor Zubin Metanın rəhbərliyi altında keçiriləcək gecələrdə F.Şubert, P.Xindemit, L.Bethoven, C.Verdi, A.Dvorjak və N.Rimski-Korsakovun əsərləri səsləndiriləcək.
Qeyd edim ki, Zubin Meta artıq bir dəfə 2010-cu ildə Beynəlxalq Mstislav Rastropoviç Festivalı çərçivəsində Heydər Əliyev Sarayında İsrail Filarmoniyasının simfonik orkestri ilə çıxış etmişdir. Həmçinin, Zubin Meta 1990-cı ildə üç tenor Plasido Dominqo, Xose Karreras və Luçano Pavarottinin birinci birgə konsertlərinə drijorluq etməsi ilə tarixə düşmüşdür.
Başlanır: 19:00
Biletlərin qiyməti: 10 - 25 AZN
Proqram:
8 dekabr 19.00
Heydər Əliyev Sarayı
MaggioMusicaleFiorentino simfonik orkestri
Dirijor - ZubinMeta
I
F.Şubert(1797-1828)
"Rozamunda" pyesinə musiqi (1823)
P.Xindemit(1895-1963)
"Rəssam Matis" Simfoniyası (1934)
I.Engelkonzert / Mələklərin konserti
II.Grablegung / Tabuta salınma
III.VersuchungdesheiligenAntonious / Nəfs
II
L.Bethoven(1770-1827)
"Qəhrəmanlıq" Simfoniyası№ 3 Es-dur, op.55 (1803-1804)
I.Allegroconbrio
II. Matəm marşı. Adagio assai
III. Skerso. Allegro vivace
IV. Final/ Allegro molto
9 dekabr 19.00
Təntənəli bağlanış
Heydər Əliyev Sarayı
MaggioMusicaleFiorentino simfonik orkestri
Dirijor - ZubinMeta
C.Verdi(1813-1901)
"Taleyin gücü" operasına uvertüra (1862)
N.Rimski-Korsakov(1844-1908)
İspan kapriççiosu op.34 (1887)
I.Alborada (Vivo e strepitoso)
II. Variasiyalar Andante conmoto
III.Alborada
IV.Qitananın səhnə və mahnısı
V.Asturiyafandanqosu
II
A.Dvorjak(1841-1904)
Simfoniya № 7 d-moll, op.70(1885)
I. Allegro maestoso
II. Poco adagio
III.Scherzo.Vivace.Pocomenomosso
IV.Finale. Allegro