Türkan Şoray şokdadır -

"Azərbaycan mahnılarını çox sevirəm. Amma Azərbaycandan bir tək sənətçi tanıyıram. Bu sənətçi Azərbaycanın xalq artisti Zeynəb Xanlarovadır. Onun Türkiyədə keçirilən konsertində iştirak edə bilməsəm də, özü ilə görüşdüm. İndi mən Bakıdayam. Onunla mütləq görüşəcəyəm".
Lent.az-ın məlumatına görə, bunu bir neçə gündür, Bakıda qonaq olan türk filmlərinin canlı əfsanəsi Türkan Şoray teleaparıcı Səxavət Nurun "İmza mən" verilişində qonaq olarkən deyib. Türkan Şoray Azərbaycanda olmağından məmnunluqla danışıb: "İlk dəfə 21 il əvvəl Azərbaycanda olmuşam. Bu, ikinci səfərimdir. Burada mənə qarşı olan sevgidən şoka düşdüm. Əlimdə imkanım olsa, burda çox qalardım".
Aktrisa həmçinin onu da əlavə edib ki, Azərbaycan filmlərində çəkilmək üçün təklif gələrsə, məmnuniyyətlə qəbul edər: "Belə bir təklif olsa idi, sevə-sevə Azərbaycan filmlərində çəkilərdim".
Qeyd edək ki, İstedadlı və yaradıcı gənclərin II Respublika Toplantısı çərçivəsində Bakıda qonaq olan aktrisa gənclərlə görüşərək, onlara kino sənəti sahəsində ustad dərsləri keçəcək.
Master klasdan əlavə Türkan Şorayın yeni filminin nümayişi və müəllifi olduğu kitabın təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31