EMİN ilk dəfə Moskvada “Crocus City Hall”da Simli Orkestrdə konsert verəcək

O, “After The Thunder” albomundan olan məşhur sinqlları və əvvəllər oxumadığı rus dilində mahnıları ifa edəcək

Dekabr ayında Moskvada "Crocus City Hall" konsert zalında Rusiyada yaşayan müğənni-bəstəkar Emin Ağalarovun konserti keçiriləcək. Müğənninin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, öz ad günü ərəfəsində o simli orkestrin müşayiəti ilə "After The Thunder" albomundan olan məşhur sinqlları və əvvəllər oxumadığı rus dilində mahnıları ifa edəcək: "Bu mənim "Crocus City Hall"da ilk solo konsertim olacaq.
Bu ideya Bakıdakı son konsertim zamanı yarandı. Mən hər zaman konsertlərimdə canlı musiqiçilərlə səhnəyə çıxıram, amma ötən dəfə səhnədə 15 skripka ifaçısı var idi və konsert mükəmməl alınmışdı".
Eminin növbəti Amerika səfəri noyabrın sonunda baş tutacaq. Orada o öz "After The Thunder" beynəlxalq albomu təqdim edəcək və bir neçə konsert verəcək. 2013-cü ilin fevralında isə Emin İron Maiden, Aerosmith və Led Zeppelin kimi qruplarla çalışan məşhur musiqi prodüseri Kevin Şirli ilə növbəti sinqlını yazmağı planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31