Faiq Ağayev: "Mənim adım brenddir"
27 Noyabr 2012 02:41 MədəniyyətFaiq Ağayev hesab edir ki, onun adı brenddir. Onun yaradıcılıq illəri isə buna sübutdur.Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu barədə müğənni "ATV Maqazin" proqramına bildirib.
"Populyar olmaq çətindir, lakin ən çətini populyarlığı qoruyub saxlamaqdır. Bir gün də olsa, kənara çəkilsən, sənə irad tutmağa, öcəşməyə başlayırlar. Bu səbəbdən, həmişə işləmək lazımdır", - o əlavə edib.
Müğənni deyib ki, heç vaxt özünü ustad adlandırmayıb, çünki bunu tamaşaçılar deyə bilərlər. Adam özünə ad düşünməməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31