Xuraman Şuşalıdan komplekssiz klip VIDEO
26 Noyabr 2012 15:45 MədəniyyətXuraman Şuşalı "Bezmişəm" mahnısına klip çəkdirib.
Milli.Az-ın məlumatına görə, müğənni Day.Az saytının əməkdaşı ilə söhbətində deyib ki, bu klip əvvəlkilərdən fərqlənir. "Mən sevgidən əzab çəkən insanın obrazını yaratmışam. Lakin klipin konkret süjet xətti yoxdur. Mənə elə gəlir ki, çəkiliş məkanı və paltar obraza uyğun gəlir", - o əlavə edib.
Müğənni həmkarlarını da tənqid etməyi unutmayıb.
"Çox vaxt müğənnilər çəkiliş qrupundan öz gözəlliklərini əks etdirməyi tələb edirlər. Belə olanda obrazları musiqiyə heç uyğun gəlmir. Mən isə kompleks etmədən bütün jestləri və mimikaları istifadə etdim. Özümün bütün aktyor qabiliyyətlərini nümayiş etdirdim", - o vurğualayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31