Məşhur model azərbaycanlı nazirlə münasibətlərini açıqladı - Foto
25 Noyabr 2012 16:36 MədəniyyətXarici işlər nazirini Türkiyənin moda dünyası ilə nə bağlayır?Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov turkiyəli model Barbaros Şansala bahalı saat bağışlayıb. Bunu modelyer Türkiyənin "Star" kanalında yayımlanan "Alişan və Sevcan" verilişində özü deyib.Həmin verilişə qonaq çağırılan başqa bir türk sənətçisi Iden Çelikerin qolundakı bahalı saat aparıcıların diqqətini çəkib. Çelikər isə bildirib ki, saat ona məxsus deyil. O, saatını taxmağı unutduğunu, bu saatı isə səhnə arxasında Barbaros Şansaldan aldığını bildirib. Daha sonra səhnəyə çıxan Barbaros Şansal saat barədə danışıb. O bildirib ki, bu saatı ona Azərbaycanın xarici işlər naziri hədiyyə edib. Təəssüf ki, ekranda saatın markasını görmək mümkün deyil. Lakin saatın dərhal diqqət cəlb etməsi onun kifayət qədər bahalı olduğunu göstərir.