Sultan sabah Bakıda olacaq

Sabah türk kinosunun sultanı kimi qəbul edilən tanınmış aktrisa Türkan Şoray Bakıya təşrif buyuracaq.Gənclər və İdman Nazirliyinin paytaxtımızda təşkil edəcəyi "İstedadlı və yaradıcı gənclər II Respublika forumu"nda fəxri qonaq kimi mərasimə qatılacaq xanım Şoray master-klasslar verəcək.
25-27 noyabr tarixləri arasında baş tutacaq səfər çərçivəsində Türkan Şoray pərəstişkarları ilə görüşəcək. Azərbaycan kinoteatrında sənətçinin "Dila Hanım" filmi nümayiş olunacaq.Aktrisanın filmdə geyindiyi paltarlarının sərgisi olacağı istisna edilmir./milli.az/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31