“Bunu Elarizin nəvəsinə göndərin” - Ərdoğan
24 Noyabr 2012 11:31 MədəniyyətTürkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan azərbaycanlı müğənni Elariz Məmmədoğlunun oğul nəvəsinə oyuncaq avtomobil bağışlayıb.E.Məmmədoğlu Gün.Az-a açıqlamasında bildirib ki, Vanda baş verən zəlzələdən zərər çəkənlərə baş çəkən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycandan olan ailəyə oyuncaq maşın bağışlayaraq "bu məndən sizin uşağınıza hədiyyədir" - deyib."Həmin ailə mənim qohumumdur. Onların evi zəlzələdən sonra kiçik bir ziyan çəkmişdi. Mənim qohumum da deyib ki, bizim uşağımız yoxdur, mən bunu Elarizin nəvəsinə bağışlayaram. Baş nazir də "o sizdə qalsın, Elariz Məmmədoğlunun nəvəsinə isə bunu göndərin" - deyib. Bir həftə olar ki, nazirin 1,7 aylıq nəvəm Əliyə hədiyyə etdiyi oyuncaq evimdədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31