Yaşar Nurinin qızı: "Atam ulduz oldu, göylərə getdi"

Dünən Azərbaycan xalqı dahi sənətkarı ilə vidalaşdı.Bu itki tək onun yaxınları və dostları üçün deyil, hamı üçün ağır oldu. Milli.Az xəbər verir ki, sevilən sənətkarın qızı Trend Life-a keçirdiyi hisslərdən söz açıb.
"Övlad kimi, hisslərimi danışmaq çətindir. Fəxr edirəm ki, mənim hər kəs tərəfindən sevilən, hörmət qoyulan aktyor atam olub. Nə qədər ki, aktyorun yaradıcılığı yaşayır, bir o qədər də o, özü yaşayacaq. Mənə elə gəlir ki, o ölmədi, ulduz oldu, göylərə çəkildi. Atamı belə yad etdiklərinə görə, hər kəsə təşəkkür edirəm. Xalq onu çox sevirdi, əsas budur", - o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31