Zəhərlənən Manaf Ağayevin səhhəti necədir? VIDEO

Pomidor turşusundan zəhərlənən müğənninin səhhəti hazırda normaldır

Bir neçə gün əvvəl konservləşdirilmiş pomidor turşusundan zəhərlənən tanınmış müğənni Manaf Ağayevin vəziyyəti qənaətbəxşdir. Dediyinə görə, qəflətən qızdırması qalxan "toylar kralı"nı xəstəxanaya yerləşdiriblər. Mədəsi yuyulub qidadan təmizləndikdən sonra Manaf Ağayevin səhhəti düzəlib. Ümumiyyətlə bu ilin 10 ayı ərzində 19 botulzim hadisəsində 25 nəfər zərər çəkib. Ötən illə müqayisədə botulizm hadisəsi azalsa da, qidadan zəhərlənmələrin sayı artıb.
Belə ki, 2011- ci ildə 830 qida zəhərlənməsindən 980 nəfər zərər çəkmişdirsə bu il 1080 qida zəhərlənməsi nəticəsində 1315 xəstə qeydə alınıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Bölməsinin müdiri İmran Abdullayevin sözlərinə görə, zəhərlənmələr əsasən ev şəraitində hazırlanmış qidalardan baş verib.
Qış aylarında zəhərlənmələr daha çox ev şəratində hazırlanmış konservləşdirilmiş pomidor, xiyar turşusundan baş verir. Zəhərlənməmək üçün bir neçə qızıl qayda var ki, onlara əməl etmək lazımdır.
Zəhərlənmələrdən qorunmaq üçün məhsulların son istifadə tarixinə diqqət yetirilməli, yeməklər qayn

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31