Azərbaycanlı müğənnini belə ağladan nə oldu?

Əməkdar artist Baloğlan Əşrəfov mərhum xalq artisti Yaşar Nuriyev haqqında danışıb. 
Əməkdar artist mərhumla uzun müddətdir ki, dostluq etdiklərini söyləyib.
SİA-ya açıqlama verən zaman Baloğlan bəy Yaşar Nuri haqqında danışaraq ürəyini boşaldıb: "Yaşarla 40 il bundan qabaq Masallı rayonunda tanış olmuşduq. O, öz sənətinin alimi idi. Yaxşı dost, gözəl xüsusiyyətlərə malik olan insan idi. Yaşar mənim bütün tədbirlərimdə iştirak edirdi.
Mərhum Türkiyədə xəstəxanada olan zaman dəfələrlə yanına ziyarətə getmişdim. Orada da hər kəs bilirdi ki, onunla mənim güclü dostluq münasibətlərimiz var. O, Azərbaycan teatrının nəhəng aktyorlarından biri idi. Onun haqqında teatrşünaslar, alimlər çox böyük fəxrlə danışa bilərlər. Allah onun ruhunu şad eləsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31