Nadir Qafarzadə itini evləndirməyindən danışdı

Müğənni Nadir Qafarzadə və Xalq artisti Səməd Səmədovun itlərini evləndirəcəkləri barədə xəbərlər hələ də şou-biznes aləminin gündəmindən düşmür. Bu dəfə məsələ ilə bağlı Nadir Qafarzadə danışıb.Publika.Az-a açıqlama verən müğənni şikayətlənib ki, insanların yumor hissi çox aşagı səviyyədədi:"Ciddi iş görürsən, fikir verən olmur, elə ki, yumor xatirinə bir şey dedin, hamı səndən danışır. Əksəri də mənfi tərəfdən yanaşır".Məlumat üçün bildirək ki, bəzi Xalq artistləri müğənnilərin bu hərəkətini gündəmə gəlmək cəhdi kimi qiymətləndirmişdilər.Nadir Qafarzadə isə buna ehtiyacı olmadığını deyir:"Nadir Qafarzadə şou biznesdə öz sözünü deyib. Belə ucuz, mənasız söhbətlərə cavab vermək fikrim yoxdu. Mən estrada janrında oxuyuram, yeri gələndə xalq mahnıları ifa edirəm. Bəs haqqımda fikirlər deyən Xalq artistləri nə iş görürlər? Onlar bir zarafatı müzakirə edəcəklərinə, özləri bir iş qoysunlar ortalığa.O ki qaldı, Səməd Səmədovla qohum olmağa, həqiqətən də belə bir şansım olsaydı, heç qaçırmazdım. Çünki Səmədin çox mədəni və müasir ailəsi var".
"Onun ailəsinə çox böyük hörmətim var" deyən Qafarzadə sonda Səməd Səmədovun həyat yoldaşı İradə xanıma salam göndərməyi də unutmadı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31