Nazpəri Dostəliyeva da vətəni tərk edir...

Xalq artistindən xəbərlər var

Milli.Az-a açıqlama verən Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın prodüseri Mikayıl Hüseynov tanınmış estrada müğənnisinin bir həftəlik ölkəni tərk edəcəyi barədə məlumat verdi:"Səfərin dəqiq tarixi tam məlum olsa da, bu barədə geniş danışmaq istəmirəm. Çünki Nazpəri xanım həmişə xarici ölkələrdən qayıtdıqdan sonra gördüyü işlərin hesabatını verir.Bircə onu deyə bilərəm ki, gedəcəyi ölkə İtaliya olacaq. Roma onun sevdiyi ən qədim şəhərdir. Vətəndən gedəcəyi tarixə qədər o, hər gün davamlı olaraq çəkildiyi "Qağayı" serialının çəkilişlərində və dublyajında iştirak edir.Xalq artisti vaxt tapıb iki yeni mahnısını da lentə yazdırır. Yeni il ərəfəsində hazır olacaq bəstələrin müəllifi Tunar Rəhmanoğludur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31