Aristotelin aforizmləri
“Hakimiyyəti pulla alanlar ondan pul çıxarmağa vərdiş edirlər”
23 Noyabr 2012 09:26 MədəniyyətAristotel, yunan filosofu (e.ə. 384 - 322)
Kişidə mərdlik - hakimiyyət, qadında mərdlik - itaət.
***
Məlumlar çoxlarına naməlumdur.
***
Sevmək, sevilməkdən yaxşıdır: bununla belə insanlar şöhrətpərəst olduqlarından özləri sevmək əvəzinə sevilməyi üstün tuturlar. Onlara görə sevimli olmaq hansısa üstünlük deməkdir.
***
Dostu çox olanın dostu yoxdur.
***
Bəziləri sanki əbədi yaşayacaqlarmış kimi elə hey yığır, digərləri isə elə indi öləcəklərmiş kimi dağıdır.
***
Nəyə görə ata oğulu daha çox sevir, nəinki oğul atanı? Çünki oğul onun əsəridir. Hər kəs öz yaratdığına meylli olur.
***
Qəribəliklər maraqlı olur: bunu nə isə nağıl edənlərin xoş olsun deyə birinin üstünə beşini qoymasından görmək olar.
***
Heyvanlardan yalnız insan gülməyə qadirdir.
***
Biz asudə vaxt qazanmaq üçün asudə vaxtımızdan məhrum oluruq.
***
Bədənin çiçəklənmə dövrü 30-35 yaş arası, ruhun çiçəklənmə dövrü isə təqribən 49 yaşdır.
***
Həm düşmənlərin, həm də dostların xətrinə dəyirlər, çünki birinciləri incitmək asan, ikinciləri incitmək isə xoşdur.
***
Hakimiyyəti pulla alanlar ondan pul çıxarmağa vərdiş edirlər.
***
Aristotelə deyirlər ki, kimsə onu uzaqdan uzağa söyüb; o cavab verib: "Uzaqdan uzağa o qoy məni lap döysün".
***
Boş - boş söhbətləriylə Aristoteli boğaza yığan biri ondan soruşur: "Sizi yormadım?". Aristotel cavab verir: "Yox, mən qulaq asmırdım".