Xuraman Şuşalının 10 min dollarlıq paltarı.... FOTO
22 Noyabr 2012 23:51 Mədəniyyətİkinci dəfə ana olan tanınmış müğənni Xuraman Şuşalıdan xəbər var.Axşam saatlarında məclislərin birində "Qafqazinfo"nun fotokamerasına tuş gələn ifaçı hamiləlikdən sonra aldığı kilolardan qurtulduğunu sevinə-sevinə söyləyib. Bununla kifayətlənməyən Xuraman kameramıza pozlar da verib.
Xuraman əynində olan qeyri-adi libasını azərbaycanlı bir modelyerin yeni çəkdiyi klip üçün hazırladığını deyib. Libasının qiymətini isə açıqlamaqdan imtina edib. Amma məclisdə Xuramanı tanıyanlardan biri deyib ki, paltar ifaçıya nə az, nə çox düz 10 min dollara başa gəlib.Qeyd edək ki, Xuramanın bir oğlu və qızı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31