Gənc Tamaşaçılar Teatrının bu ilki son afişası

Gənc Tamaşaçılar Teatrında 2012-ci ilin dekabr ayı üçün repertuar təsdiqlənib. Teatrın mətbuat katibi Hüsniyyə Mursaquliyeva ilin son afişasını "Azadinform"a təqdim edib. 1 dekabr - B.Marvin "Yatmış gözəl" (12:00), P.Filippo "Don Raffael trambonçu" (19:00), 2 dekabr Ş.Perro "Çəkməli pişik" (12:00), U.Şekspir "Otello" (19:00), 7 dekabr - T.Vəliyeva "Mənim ağ göyərçinim" (16:00), 8 dekabr - Ərəb Xalq nağılı "Əlibaba və qırx quldur" (12:00), G.Fiqeyredo "Ezop" (19:00), 9 dekabr - Ağabalayev, N.Kazımov "Şahzadə Xəzərin nağılı" (12:00), U.Şekspir "Romeo və Cülyetta" (19:00), 14 dekabr - Elçin "Buzovna kəndinin əıhvalatları" (16:00), 15 dekabr - Dilsuz "Əlincə qalası" (12:00), Ə.Əmirli "Mən səni sevirəm - MSS" (19:00), 16 dekabr - A.Şaiq "Tıq-tıq xanım" (12:00), İ.Fəhmi "Axırıncı qatar" (19:00), 22 dekabr - E.T.A.Hofman "Şelkunçik" (12:00), H.Cavid "Şeyx Sənan" (19:00), 23 dekabr -  Azərbaycan Xalq nağılı "Göyçək Fatma" (12:00), M.F.Axundzadə "Müsyö Jordan və Dərviş Məstəli şah" (19:00).

Xatırladaq ki, 27 dekabr 2012 -  5 yanvar 2013-cü il tarixləri arasında Gənc Tamaşaçılar Teatrında "Yeni il" şənlikləri təşkil olunacaq. "Yeni il" şənlikləri göstərilən tarixlərdə saat 12:00, 14:00, 16:00 və 18:00-da keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31