Azərbaycanlı şair dünyasını dəyişdi
22 Noyabr 2012 16:42 MədəniyyətBu gün şair Kələntər Kələntərli 80 yaşında dünyasını dəyişib. Milli.Az xəbər verir ki, bu barədə Day.Az-a şairin qohumları məlumat veriblər. Şairin yaxınlarının sözlərinə görə, o, son zamanlar böyrək çatışmazlığından əziyyət çəkirdi. "O, artıq uzun müddət idi ki, bu xəstəlikdən müalicə olunurdu, təəssüf ki, müalicə nəticə vermədi. Dəfn mərasimi Qusar rayonunda həyata keçiriləcək", - o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31