Firəngiz Mütəllibova: "Onsuz necə yaşayacağımı ağlıma belə gətirə bilmirəm"
Xalq artisi sənət yoldaşı Yaşar Nurinin vida gecəsində bunları söyləyib
22 Noyabr 2012 16:29 Mədəniyyət"Yaşarın rəhmətə getməsi xəbərini eşitdikdə sanki yarım getdi". Bu sözləri xalq artisti Firəngiz Mütəllibova Akademik Milli Dram teatrında Yaşar Nuriyə həsr edilmiş vida mərasimində deyib. "Firəngiz deyəndə hamının ağlına Yaşar, Yaşar deyəndə isə Firəngiz gəlirdi. Onsuz necə yaşayacağımı ağlıma belə gətirə bilmirəm", - deyə Firəngiz Mütəllibova bildirib.
Xatırladaq ki, Azərbaycan xalq artisti, Akademik Milli Dram teatrının aktyoru, Prezident təqaüdçüsü, Şöhrət ordenli aktyor Yaşar Nuri bu gün səhər saatlarında vəfat edib. Azərbaycan kino və teatrında əvəzsiz rolların ifaçısı Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 61 yaşında dünyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31