Anar Məmmədovdan yeni mahnı VIDEO
22 Noyabr 2012 16:18 Mədəniyyət"Yeni Ulduz 11" yarışmasının qalibi, gənc müğənni Anar Məmmədov yeni mahnısını pərəstişkarları ilə bölüşüb. "Qafqazinfo"nun məlumatına görə, gənc müğənni Rühəngiz Qasımovanın "Ağlama gülüm ağlama" mahnısını ifa edib. Sözləri Fikrət Qocaya məxsus olan bu mahnı Anarın ifasında dinləyicilər tərəfindən olduqca müsbət qarşılanıb.
Qeyd edək ki, gənc müğənni eyni zamanda ATV kanalında yayımlanan "Sirr" serialında da rol alır.
"Qafqazinfo" Anar Məmmədovun yeni mahnısını təqdim edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31