Habil Əliyev: "Mən Yaşarı bağışlamayacam..."

"Mən Yaşarı bağışlamayacam. O, mənim növbəmi alimdən aldı". Bu sözləri bu gün Akademik Milli Dram teatrında Yaşar Nurinin vida mərasiminə qatılan xalq artisi, kaman ustası Habil Əliyev ANS PRESS-ə açıqlamasında bildirib. Qeyd edək ki, Azərbaycanın xalq artisti, Akademik Milli Dram teatrının aktyoru, Prezident təqaüdçüsü, Şöhrət ordenli aktyor Yaşar Nuri bu gün səhər saatlarında vəfat edib. Azərbaycan kino və teatrında əvəzsiz rolların ifaçısı Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 61 yaşında dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31