Samir Piriyevin "film"ində kim öləcək?

"Klipdə ölüm səhnəsi olacaq"

Dayanmadan yeni mahnılar üzərində çalışan tanınmış müğənni Samir Piriyev ilin sonunda yeni mahnısı ilə çox iddialıdır."Bir filmin sonu" adlı mahnısına artıq klip çəkilişləri gedir.
Piriyevin sözlərinə görə, musiqisi Ruslan Səfəroğluya aid yeni lirik mahnısı lirikalar arasında hit olaraq öz sözünü deyəcək.
Samir Piriyev Milli.Az-a bunları açıqladı: "Yeni mahnımın adı "Bir filmin sonu"dur. Artıq bu mahnıya ssenari də yazılıb. Klipin çəkilişlərinə hazırlaşırıq. Klipdə ölüm səhnəsi olacaq. Amma kim öləcək? Ssenari kimin həyatından bəhs edəcək - qoy bu, sirr olaraq qalsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31