Polad Alemdar bu sevgilisindən də ayrıldı

Türkiyənin tanınmış aktyoru Necati Şaşmaz (Polad Alemdar) aktrisa sevgilisi Nur Fettahoğlundan ("Muhteşem Yüzyıl"-Mahidevran) ayrılıb. Lent.az-ın məlumatına görə, Necati Şaşmaz bununla bağlı yazılı açıqlama yayıb. O, açıqlamasında "münasibətlərimizin davam etməsi ilə bağlı söylənənlər doğru deyil"-deyə, bildirib. Aktyor həmçinin, Fəttahğluna cangüdən tutduğu barədə məlumatları da təkzib edib.
Qeyd edək ki, iki gün əvvəl Şaşmazın sevgilisinə cangüdən tutduğu barədə xəbərlər yayılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31