Məşhur aktrisa belə rüsvay oldu VIDEO

Amerikalı aktrisa, Hollivudun ən qalmaqallı ulduzlarından biri Lindsi Lohan yenə müzakirə və məsxərə obyektinə çevrilib. Milli.Az TMZ-ə istinadən bildirir ki, dünyanın ən məşhur aktrisalarından biri, mərhum Elizabet Taylerin həyatından bəhs edən "Liz və Dik" filmində baş rol oynamış Lohan "Beverly Hills Hotel"də keçirilmiş premyera və təqdimat mərasiminə qızılı rəngdə, dərin dekolteli donla qatılıb.
Prinsip etibarilə geyim qlamur təsir bağışlayırdı. Fəqət, Beverli-Hillsdəki gecə təki tədbirlərdə xanımların göbəklərini nümayiş etdirmələri yolverilməz hal sayılır.
Məşhur stilistlər Lohanın geyimini sərt tənqid ediblər.
"The Hollywood Reporter"in tanınmış tənqidçisi Tim Qudmanın fikrincə, Lindsi Lohan özünü Elizabet Teylora bənzətməyə çalışsa da, alınmayıb: "Daha doğrusu, Lindsinin geyimi və stili biabırçılıq, rüsvayçılıqdı. Xüsusilə də onun yaxasından asılmış bəzəklər və qaşlar aktrisaya vulqar, ucuz görkəm verirdi".
Lindsi Lohan gecədə Teylora bənzəmək üçün zinət əşyalarını bol etsə də, bu əşyalar Elizabet Teylorun əfsanəvi zərgərlik əşyaları kolleksiyasındakı nümunələrlə əsla müqayisə oluna bilməzdi.
Ekspertlər hesab edirlər ki, "Liz və Dik" filmində Lindsi Lohan baş rolun öhdəsindən gələ bilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31