Yaşar Nurisiz ilk gün: onu unutmaq olar? VIDEO

Azərbaycan xalqı bu gün Yaşarsız qaldı. Yaşar Nurinin yaratdığı obrazların dilindən səslənən sözlər xalq arasında dillər əzbəri olmuşdu, zərb-məsələ çevrilmişdi. Elə bir azərbaycanlı olmaz ki, onun yaratdığı obrazları yada salanda dodaqlarına təbəssüm qonmasın. O, komik obrazların əsl sənətkarı idi. Lakin son zamanlar teatr və kino səhnəsində deyil, həyat səhnəsində faciəvi obrazı canlandırırdı.
Həmin faciənin kulminasiya nöqtəsi bu gün baş verdi. Həmişə xalqını güldürən sənətkar bu dəfə insanları göz yaşı tökməyə vadar etdi.
Bu gün dünyadan köçən böyük sənətkarın xatirələrdə qalan bəzi görüntülərini təqdim edirik.
Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31