Firəngiz Mütəllimova: "Bundan ağır günümüz ola bilməz"

Xalq artisti sənət dostu Yaşar Nurinin yoxluğu ilə barışa bilmir. 
  Milli.Az-ın məlumatına görə, bu səhər uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən Azərbaycanın xalq artisti, tanınmış aktyor Yaşar Nurinin vəfat etməsinə ən çox kədərlənən ailə dostu xalq artisti Firəngiz Mütəllimova olub.
Ömrünün son gününə qədər sənətdə ilk tərəf-müqabilinə mənəvi dəstək çıxmış Firəngiz xanım yaşarsevərlərə göz yaşları ilə başsağlığı verdi: "Bundan ağır günümüz ola bilməz. Biz onu itirdik. Mənə keçmiş zamanda danışmaq çox çətindir. Allah-Təala ruhunu şad eləsin".
Məlumat üçün bildirək ki, mərhum bu gün günorta saatlarında dəfn olunacaq.
Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31