"Eurovision"nın biletlərinin satış tarixi açıqlanıb
Müsabiqəni izləmək istəyənlər noyabrın 26-dan bilet ala bilərlər
22 Noyabr 2012 11:42 Mədəniyyət2013-cü ildə İsveçin Malmo şəhərində keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsinin biletlərinin satış tarixi açıqlanıb. "Eurovision" müsabiqəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, biletlər noyabr 26-da artıq satışa çıxarılacaq.
Xatırladaq ki, bu ilin may ayında Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinin qalibi İsveç olub. Müğənni Lorin 372 səslə qalib adını qazanıb.
Azərbaycan təmsil edən Səbinə Babayeva isə müsabiqəni 4-cü pillədə başa vurmuşdu
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31