İbrahim Tatlısəs yenə azəri qızı seçdi - FOTO

Müalicə məqsədi ilə Azərbaycana gələn İbrahim Tatlısəs ötən gecə müğənni Tunarın qonağı oub.Milli mətbəximizin təamlarından dadan "İmperator"un mənəvi qidası milli musiqilərimiz olub. Tunarın prodüseri Zaur Bağırov Milli.Az-a bildirib ki, İbrahim bəy milli yeməklərimizi bəyənir və bunlardan özünü məhrum etmir."Gecə İbarim bəyin ürəyincə oldu. Bakıya gələn gündən Tunar onun yanındadır. Ötən gecə o, müxtəlif musiqiçilərin ifasında musiqilərimizi dinlədi. Vurğunluğunu gizlətmədi", - deyən Z.Bağırov Tunarın hələ bir neçə gün Tatlısəsin yanında olacağını bildirdi.Qeyd edək ki, İbrahim bəy sözügedən məclisdə çıxış edən Nigar Qasımzadə adında gənc ifaçının səsini çox bəyənib. Onu özü ilə Türkiyəyə aparacağına söz verib. Z.Bağırov Nigarın həmin məclisdə oxuduğunu və İ.Tatlısəsin belə bir qərar verdiyini təsdiqlədi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31