Həyat yoldaşı Səbinə Babayevanın küftə-bozbaşını bəyənmədi!

Ailə həyatı qurandan sonra ilk dəfə "Klip-Parad" verilişinə çıxan "Eurovision" təmsilçimiz Səbinə Babayeva maraqlı etiraflar edib. Publika.az-ın məlumatına görə, o, ailə həyatından söz açıb."Mənim qab yumaq, paltar ütüləməklə aram yoxdu. Yemək bişirirəm, amma... Küftə bişirmişdim, həyat yoldaşım onu bəyənmədi. Deyir bu küftə deyil. Plovumu da eyni qarşıladı. Məsləhət gördü daha yaxşı bişirməyi anasından öyrənim" - deyən S.Babayevə Cavidanla ilk görüşündən söz açıb. İlk dəfə "Eurovision" təmsilçimizi kinoya dəvət edərkən, Səbinə ona etiraz etməyib: "Çünki o xoşuma gəlirdi.O görüşdən sonra bizim kinomuz başladı".Söhbətinin davamında S.Babayeva 10-luqda olan ulduzlar Brilliant Dadaşova, Aygün Kazımova, Nadir Qafarzadə, Eldar Qasımov, Ayan, Sevda Yahyayeva, Qaraqan, İlham Qasımov və başqalarının kliplərinə rəy bildirib. "Klip-Parad"ın rejissoru Nail Naiboğlu Səbinənin verilişdə səmimi olduğunu deyib.Xatırladaq ki, veriliş noyabrın 23-də "Lider" televiziyasında Zemfira Adıgözəlovanın təqdimatında efirə gedəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31