Məşhur aparıcı gizli kazino oyunları təşkil edirmiş
22 Noyabr 2012 09:06 MədəniyyətRusiya KİV-lərinin verdiyi məlumata görə, məşhur aparıcı Maksim Qalkininn Qryaz kəndindəki imarətində axtarış keçirilib.Deyilənlərə görə, o, evində dostlarını başına yığaraq gizli kazino oyunları təşkil edib.M.Qalkinin vəkili isə bildirir ki, məşhur yumoristin bağında heç bir oyunlar keçirilmir. "Hər hansı pullu oyunun təşkilini təsdiqləyən fakt üzə çıxmayıb. Polislər sahiblərin evdə olmamasından istifadə edərək bağ evinə gizli yolla daxil olublar. Onlar oyun avtomatlarının işlək vəziyyətdə olub-olmamasını belə yoxlamayıblar", - deyə vəkil bildirib.Hazırda hüquq müdafiəçisi Qalkinin evinə qeyri-qanuni daxil olma və artistin imicinə xələl gətirə biləcək yanlış məlumatın yayılmasına dair iddia qaldırmağı düşünür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31