Niyazi və Fikrət Əmirov Budapeştdə anıldı

XX əsr Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında tanınan nümayəndələri Niyazi və Fikrət Əmirovun yubileyləri Macarıstanın paytaxtı Budapeşt şəhərində qeyd olunub. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə
Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Budapeştin məşhur "Dunay" Simfonik Orkestri ölkəmizin  incəsənət ustaları ilə birlikdə maestro Niyazinin 100, Fikrət Əmirovun 90 illik yubileyləri münasibətilə böyük konsert proqramı təqdim ediblər.
Konsertin əvvəlində Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev çıxış edərək, XX əsr Azərbaycan musiqi mədəniyyətinin keçdiyi zəngin inkişaf yolu, böyük sənətkarlar Niyazi və Fikrət Əmirovun Azərbaycan və dünya musiqi sənətinə verdikləri böyük töhfələrdən danışıb.
Budapeştin mərkəzindəki "Duna Palota" sarayında keçirilən yubiley konsertində Macarıstan incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri, musiqi həvəskarları iştirak ediblər. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31