Dünyanın məşhur yazıçılarının ev muzeyləri ilə əlaqə yaradılacaq

Dünya Azərbaycanlı Gənclər Birliyi növbəti layihəyə start verib. "OLAYLAR"-a verilən məlumata görə,  layihə çərçivəsində dünyaca məşhur yazıçı və şairlərin ev muzeyləri, fondları ilə əlaqə yaradılaraq, Azərbaycan dilinə tərcümə və nəşr olunmuş əsərlər həmin yazıçı və şairlərin ev muzeylərinə göndərilərək Azərbaycan guşələri yaradılacaq. Bu  siyahıya Ernest Heminquey, Mark Tven, Conatan Svift, Teodor Drayzer, Viktor Hüqo, Migel de Servantes, Cek London, Aleksandr Düma, Gi de Mopassan, İohann Höte, Fyodr Dostoyevskiy, Lev Nikolayeviç Tolstoy və s. yazıçılar, şairlər daxildir. Layihənin məqsədi həmin ev muzeylərində  Azərbaycan guşəsi yaratmaqla Azərbaycan oxucusunun dünya ədəbiyyatına verdiyi marağı, önəmi göstərməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31