Avstriyadakı səfirlikdə Mədəniyyət Mərkəzi yaradılacaq

Azərbaycanın Avstriyadakı səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılacaq. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə mərkəz  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin noyabr ayının 16-da Azərbaycanın Avstriya Respublikasındakı səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında imzaladığı sərəncamına əsasən yaradılacaq.
Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədilə təşkil edilir. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31