Beynəlxalq Poeziya və Teatr müsabiqəsi keçiriləcək
21 Noyabr 2012 15:24 Mədəniyyət2013-cü ildə İtaliyanın UNESCO üzrə Milli Komissiyası tərəfindən IX Castello Di Duino Beynəlxalq Poeziya və Teatr Müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, "Gələcək ... dünyada yeri" mövzusuna həsr olunmuş müsabiqəyə ana dilində yazılan şeir və ya səhnə əsərləri təqdim oluna bilər. İştirakçılar əsərlərini [email protected] elektron ünvanına və ya poçt (Prof.Gabriella Valera Gruber adına, Via Matteotti 21, 34138, Trieste, İtaly) vasitəsilə göndərə bilərlər. Fərdi işlər 15 dekabr 2012-ci il, müəllim və şagirdlərin birgə layihələri isə 7 yanvar 2013-cü il tarixinədək təşkilatçılara çatdırılmalıdır.
Müsabiqədə iştirak etmək üçün yuxarı yaş həddi 30 yaş müəyyən edilib. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31